Logo of AzRENA

Portalın bölmələri
Ön söz
Məqsəd
Ərazi
İştirakçılar
Xəbərlər


Layihə Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı tərəfindən maliyyələşdirilir
Avropa Komissiyası
Ön söz


GEANT2-nin yüksək məntəqə şəbəkəsi və əlaqəsi Cənubi Qafqaz tədqiqatçıları və tələbələri üçün daha sürətli əməkdaşlığa şərait yaradacaq.

 
3 mart 2008-ci il tarixdə start götürmüş Qara Dəniz Beynəlxalq Əlaqə (Black Sea Interconnection- BSI) layihəsi çərçivəsində Cənubi Qafqaz ölkəkləri arasında regional tədqiqat və təhsil şəbəkəsini yaradılacaq və onların nəhəng Avropa tədqiqat şəbəkəsinə- GÉANT2-yə qoşulmasına zəmin yaradacaq. Bu layihə regionda ən böyük layihə olaraq Qafqaz ölkələri tədqiqatçılarının Avropa ölkələrində elmi-tədqiqat və təhsil sahəsində aparılan işlərdə yaxından iştirak etməsinə imkan yaradacaq. Qeyd edək ki, Avropa Komissiyası 7-ci Çərçivə Proqramı sayəsində BSI layihəsinə 1.4 mln evro ayırmışdır.

BSI layihəsi çərçivəsində rəqəmsal fərqin aradan qaldırılması məqsədilə Cənubi Qafqaz ölkələrindəki GRENA (Gürcüstan), AzRENA(Azərbaycan) kimi Milli Tədqiqat və Təhsil Şəbəkələri bazasında yüksək sürətli baza şəbəkəsi yaradılaraq onun Avropa GEANT2 şəbəkəsinə qoşulmasıyla Cənubi Qafqaz və Avropa arasında rəqəmsal körpü yaradılacaq.
Türkiyə Milli Tədqiqat və Təhsil Şəbəkəsi - TÜBİTAK-ULAKBİM Qara Dəniz Beynəlxalq Əlaqə layihəsinin işini koordinasiya edir. Bu, Türkiyə tərəfindən Çərçivə Proqramlarında koordinasiya edilən ən böyük və ən möhtəşəm layihədir.

“BSI layihəsi Cənub-Qərbi Avropada əldə olunan möhtəşəm nəticələrdən qaynaqlanaraq, Qara Dəniz hövzəsi və Avropa Ölkələri arasında fərqləri azaltmağı qarşısına məqsəd qoymuşdur. Bizim tədqiqat infrastrukturlarına dəstəyimiz yalnız qlobal səviyyədə alimlərlə əməkdaşlıq etməkdən ibarət deyil, həm də tibb, təhsil, meteorologiya kimi sahələrə əhəmiyyətli dərəcədə təsiri olan müasir onlayn xidmətləri ilə təchiz etməkdən ibarətdir. Bu hər iki tərəfin tədqiqatçıları və bütün əhali üçün böyük əhəmiyyət kəsb edir”- deyə AB-nin İnformasiya Cəmiyyəti və Mətbuat komisiyasının üzvü Vivian Ridinq bildirmişdir.

Baza regional şəbəkəsi vasitəsilə GEANT2-yə yüsək sürətli qoşulma Cənubi Qafqazla qarşılıqlı əlaqə yaradılaraq Avropadakı yeni xidmətlərin regiona təqdim olunmasını mümkün edir, bu isə Qafqaz elmi potensialının Avropada və bütün dünyada tanınması istiqamətində atılan mühüm addımdır. Bu, bütün dünyada böyük layihələrlə əməkdaşlığı mümkün etməklə Cənubi Qafqaz Ölkələri və Avropa arasında rəqəmsal fərqi aradan qaldırır.

Qara Dəniz Beynəlxalq Əlaqə layihəsi, Qara Dəniz İqtisadi Birliyinin məqsədlərini həyata keçirmək üçün əvəzolunmaz imkandır. Bu, GEANT2 şəbəkəsinin köməyilə Qara Dəniz İqtisadi Birliyinin ən ümdə təcrübələrini bölüşmək və bütün ölkələrin ümumi maraqları çərçivəsində olan birgə layihələri öhdəsinə götürməklə Qara Dəniz İqtisadi Birliyinə üzv dövlətlərlə hövzə dövlətləri arasında elmi və texniki əməkdaşlığı inkişaf etdirəcəkdir.
“Qara Dəniz Beynəlxalq Əlaqə layihəsi Cənubi Qafqaz təhsil və tədqiqat nümayyəndələrilə Avropa arasında bağlantı yaratmaqla bərabər, həm də əhəmiyyətli regiondaxili elementləri təqdim etməklə nailiyyətlərin əhatəsini Qara Dəniz Regionundan Mərkəzi Asiyaya qədər artırmaq üçün mövcud bir modeldir” - söyləyən TÜBİTAK-ULAKBİM-in direktoru prof., dr. Cem Saraçın sözlərinə görə, bu layihə yüksəktutumlu əlaqələrlə təchiz olunmuş şəbəkə yaratmaqla əvvəlki “İpək yolu”nu müasir “e-İpək Yolu”na çevirəcək.

Qara Dəniz Beynəlxalq Əlaqə layihəsi 1 Mart 2008-ci il tarixdən etibarən 24 ay müddətində davam edəcək. Regional şəbəkənin GÉANT2-yə birləşdirilməsi 2008-ci ilin sonlarında planlaşdırılır.


TÜBİTAK-ULAKBİM haqqında:
TÜBİTAK-ULAKBİM Türkiyənin Milli Tədqiqat və Təhsil Şəbəkəsini (ULAKNET) idarə edir ki, bu da Türkiyədki akademik və tətqiqat cəmiyyətlərini şəbəkə xidmətləri ilə təmin edir. ULAKNET 90 000-dək akademik personalı və 2 milyondan çox universitet tələbələrini bir-biri ilə və digər NRENlərlə birləşdirmişdir. ULAKNET 1 Gbps sürətli mövcud texnologiya daxilində mümkün dərəcədə bütün son istifadəçiləri birləşdirməyə çalışır və o Avropa akedemik şəbəkə olan GEANT2-yə qoşulmaq üçün STM4-ə malikdir ki, bu da 2008-ci ilin ortalarınadək 5 Gbps-ə qərəd artırılacaq. ULAKNET üzrə ULAKBİM EGEE və SEE-GRİD kimi əsası qoyulmuş EC layihələrinə üzv olaraq TR-GRİD Milli Təşəbbüs çərçəvəsində Türkiyədəki proseslərlə paralel şəkildə müstəqil tədqiqat cəmiyyətlərinin fəaliyyətlərinə başçılıq edir. ULKABİM həm də şəbəkə təhlükəsizliyində Ulak-CSİRT və İPv6 Task Force vasitəsilə milli səviyyədə informasiya texnologiyaları sahəsindəki tədqiqat və inkişaf fəaliyyətlərini aparır.
Əlavə məlumat üçün www.ulakbim.gov.tr/eng daxil ola bilərsiniz.

GÉANT2 haqqında:
GEANT2 Avropanın inkişaf etmiş sürətli şəbəkəsi olaraq Avropanın Milli Tədqiqat və Təhsil Şəbəkələrini (NRENs) birləşdirir. Hesablamalara görə, qitənin 34 ölkəsindən 30 milyon tədqiqat və təhsil işçiləri NRENlər vasitəsilə əlaqə yaradırlar. GEANT2 geniş coğrafi əhatə, yüksək sürət, yeni hibrid şəbəkə texnologiyası və bir sıra istifadəçi xidmətlərini göstərməklə, dünyada ən aparıcı beynəlxalq şəbəkəyə çevrilmişdir. NREN-lərlə birlikdə GEANT2 ümumilikdə 50 000 km-dən çox uzunluqda əlaqələrə malikdir və onun ekstensiv coğrafi hüdudları qlobal tədqiqat əməkdaşlığına nail olmaq üçün digər dünya regionlarındakı şəbəkələrlə qarşılıqlı əlaqəyə girir. Avropanın akademikləri və tədqiqatçıları spesifik tədqiqat mərkəzlərini birləşdirən optik şəxsi şəbəkələr yaradaraq GEANT2-yə nöqtə-nöqtə texnologiyası vasitəsilə qoşula bilərlər.

GEANT2 AB-nin Altıncı Tətqiqat və İnkişaf Çərçivəsi Proqramı altında Avropa Kommisiyası tərəfindən əsası qoyulub. Layihəylə 30 Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələri (s), TERENA və DANTE əməkdaşlıq edir. GEANT2 DANTE tərəfindən Avropa NRENləri adından idarə olunur.

Əlavə məlumat üçün www.geant2.net daxil ola bilərsiniz.