Logo of AzRENA

Portalın bölmələri
Ön söz
Məqsəd
Ərazi
İştirakçılar
Xəbərlər


Layihə Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı tərəfindən maliyyələşdirilir
Avropa Komissiyası
Ərazi

Layihə Cənubi Qafqaz ərazisini əhatə edir. Şəbəkə Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edəcək və eyni zamanda bu ölkələrin GEANT2 –yə qoşulmasını təmin edəcək.

Bu üç ölkənin birlikdə ərazisi təxminən 186.000 kv.km və əhalisinin sayı təxminən 16.000.000-dur. Bu, öz dağlıq mənzərələrinin oxşarlığı ilə bərabər, həm də Avstriya və İsveçrənin birlikdə götürülmüş ərazisindən çoxdur.

Əhatə dairəsi

BSİ layihəsi üç ölkəni, üç milli tədqiqat şəbəkəsini, 15 şəhər akademik şəbəkəsini və 45 universiteti özündə birləşdirəcəkdir. BSİ layihəsinin sayəsində təxminən 150.000 tədqiqatçı və tələbə yüksək keyfiyyətli genişzolaqlı şəbəkə resurslarına qoşulacaqlar.Bu ərazidə tədqiqat şəbəkələri üçün İnternetə qoşulma sürəti 2-dən 10 dəfəyədək artacaqdır.

Şəbəkəyə bağlantının yüksək sürəti sayəsində regionlardan olan tədqiqatçıların ATLAS və VLBİ kimi Avropada fəaliyyətdə olan infrastruktur layihələrində iştirak etmək şansları olacaq.

Birgə fəaliyyət

BSİ layihəsinin vacibliyi bölgədə təşəbbüsü ələ almaqla təcrübə qazanmaq və e-inkişaf zonasında yeni nəaliyyətlər üçün əsas yaratmaqla daha yeni təcrübələrə zəmin hazırlamaqdır.

BSİ layihəsi NATO-nun “Virtual İpək Yolu” layihəsi çərçivəsində təqdim etdiyi peyk əlaqə kanalları infrastukturunu əvəz edəcəkdir.  

Avropa Qonşuluq Siyasəti layihələri e-hökumət, e-biznes, e-sağlamlıq sahəsindəki layihələrə dəstək vermək məqsədilə BSİ şəbəkəsindən istifadə edəcəkdir.

BSİ layihəsi həmçinin BSEC (Qara Dəniz İqtisadi Birliyi) ölkələrinin əməkdaşlığı üçün öncül və çox əhəmiyyətli bir örnək olacaqdır.

Bilirsinizmi?
Qafqaz ölkələri ilə ən yaxın GEANT2 PoP nöqtəsi arasındakı məsafə təxminən 1500 km-dir. (Londonla Varşava arasındakı məsafə kimi)
Qafqaz bölgəsinin ən yüksək nöqtəsi olan Elbrus zirvəsinin hündürlüyü 5642 m, ən alçaq nöqtəsi isə Xəzər dənizi olub hündürlüyü: – 28 m-dir.
BSİ şəbəkəsi xətlərinin uzunluğunun cəmi təxminən 3500 km-dir.
BSİ şəbəkəsi 2008-ci ilin sonuna qədər istifadəyə veriləcəkdir.
BSİ layihəsinin hazırlanması və həyata keçirilməsi 16 ay müddətinə başa gəlmişdir.
“Borjomi” Gürcüstanın məşhur mineral suyudur və bir çox xəstəlikləri müalicə edə bilir.
Xam neftin emalına Azərbaycanda ABŞ-dan 6 il əvvəl, 1848-ci ildə başlanılmışdır.
Ermənistan özünün məşhur konyakları ilə tanınır.