Layihənin məqsədi
BSİ (Black Sea Interconnections) layihəsinin məqsədi Cənubi Qafqaz
regionunun tədqiqat və təhsil şəbəkələri arasında beynəlxalq şəbəkə
infrastrukturu qurmaq və bu qurumu GEANT2 Avropa tədqiqat mərkəzinə
birləşdirməkdir. 1 861 908 Avro dəyərində olan layihə büdcəsinin 1 400 000
Avrosu Avropa Komissiyası tərəfindən, qalan hissəsi isə layihənin
iştirakçıları tərəfindən ödəniləcəkdir. BSİ mövcud şəbəkə xidmətlərini
özündə cəmləşdirən yüksək səviyyəli infrastruktura malik şəbəkə layihəsidir.
1 mart 2008-ci il tarixindən fəaliyyətə başlayan və 24 ay davam edəcək
layihənin birinci ili fəaliyyətin əsasını təşkil edən şəbəkə əlaqələrinin
yaradılmasına həsr ediləcəkdir. Qalan müddət isə şəbəkə bağlantılarının
işlək vəziyyətdə saxlanılması, şəbəkənin fəaliyyətinə nəzarət və yaradılan
infrastrukturun davamlılığını təmin edən maliyyə mənbələrinin təyin edilməsi
kimi işlərə sərf olunacaqdır.
GEANT2 mülti-qiqabit şəbəkəsi olub elmi tədqiqat və təhsil sahəsi
əməkdaşlarına yüksək keyfiyyətli və kommunikasiya infrastrukturlu şəbəkə
təqdim edir. GEANT2 magistral şəbəkəsi 34 Avropa ölkəsini əhatə edən 30
Avropa Milli Tədqiqat və Təhsil Şəbəkələrini özündə birləşdirir və regionun
başqa dövlətlərinin şəbəkələri ilə əlaqə yaradır. NREN-lərlə birlikdə GEANT2
əhatə etdiyi tayı-bərabəri olmayan coğrafi əraziyə və genişzolaqlı ötürmə
qabiliyyətinə malik, innovativ hibrid şəbəkə texnologiyası və geniş
istifadəçi qrupuna verilən servisləri özündə cəmləşdirən, dünyanın ən
qabaqcıl beynəlxalq şəbəkəsi olmaqla istifadəçilər arasında həqiqi global
tədqiqat əməkdaşlığına imkan yaratmışdır.
Əlavə məlumat üçün
www.geant2.net
səhifəsinə baxmaq olar.